...

Gürcü tərəfi Cenevrə danışıqları çərçivəsində konkret nəticələrə nail olmağın zəruriliyini qeyd edir

Siyasət Materials 23 Sentyabr 2010 11:05 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Aİ-nin xüsusi nümayəndəsi, Cenevrə prosesinin həmsədri Pyer Morellə oktyabrın 14-nə planlaşdırılmış danışıqların gündəliyini müzakirə edib. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində baş tutub.
Gürcü tərəfi Cenevrə danışıqları çərçivəsində konkret nəticələrə nail olmağın zəruriliyini qeyd edir

Gürcüstan, Tbilisi, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Aİ-nin xüsusi nümayəndəsi, Cenevrə prosesinin həmsədri Pyer Morellə oktyabrın 14-nə planlaşdırılmış danışıqların gündəliyini müzakirə edib. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində baş tutub.

Tərəflər sentyabrın sonlarında həmsədrlərin Gürcüstana nəzərdə tutulmuş səfərləri ilə bağlı məsələləri müzakirə ediblər.

"Gürcü tərəfi bir daha Cenevrə danışıqları çərçivəsində 2008-ci il 12 avqust tarixli atəşkəs sazişinin yerinə yetirilməsi və Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması üzrə konkret nəticələrə nail olmağın zəruriliyini qeyd edir", - Gürcüstan XİN-dən bildiriblər.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstanda hərbi münaqişədən sonra avqustun 12-dən atəşkəs haqqında razılaşmaya uyğun olaraq aparılıb.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti