...

Azərbaycan və İtaliya parlamentləri arasında əməkdaşlığın inkişafı üçün müəyyən addımların atılması vacibdir – italiyalı senator (FOTO)

Siyasət Materials 24 Sentyabr 2010 11:46 (UTC +04:00)
Azərbaycan və İtaliya parlamentləri arasında əməkdaşlığın inkişafı üçün müəyyən addımların atılması vacibdir. İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri senator Rossana Boldini belə hesab edir.
Azərbaycan və İtaliya parlamentləri arasında əməkdaşlığın inkişafı üçün müəyyən addımların atılması vacibdir – italiyalı senator (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ü. Sadıqova/

Azərbaycan və İtaliya parlamentləri arasında əməkdaşlığın inkişafı üçün müəyyən addımların atılması vacibdir. İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri senator Rossana Boldini belə hesab edir.

Bu məqsədlə Boldininin rəhbərlik etdiyi İtaliya Parlamentinin senatorlar qrupu Azərbaycana səfər edib. Cümə axşamı senatorlar Bakıdakı Fəxri Xiyabana və Şəhidlər Xiyabanına baş cəkiblər.

"Səfərdə əsas məqsəd Azərbaycan və İtaliya parlamentləri arasında dostluq münasibətlərini möhkəmləndirməkdir", - Boldini jurnalistlərə bildirib.

Sentyabrın 25-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Milli Məclisdə və Azərbaycanın Xarici İşlər Nazirliyində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti