...

Nino Burcanadze miqyaslı küçə aksiyaları ilə Prezidentin istefasına nail olmağı mümkün hesab edir

Siyasət Materials 30 Sentyabr 2010 15:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

"Demokratik Hərəkat - Vahid Gürcüstan" Partiyasının lideri Nino Burcanadze müxalifətin "Xalq Nümayəndələri Məclisi"nin iclasının keçirilməsindən sonra irimiqyaslı aksiyaların başlanacağını istisna etmir. "Aksiyalara ehtiyac yoxdur, noyabrın 25-dən sonra çıxışların hər halda başlayacağı istisna olunmur", - o bəyan edib.

Burcanadzenin sözlərinə görə, aksiyalar başlanacağı halda, əsas tələb Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin istefası olacaq. Parlamentin keçmiş spikeri əmindir ki, vahid razılaşma və məqsədyönlü fəaliyyət nəticəsində məqsədə nail olmaq tamamilə mümkündür.

Bununla yanaşı, o hesab edir ki, bütün müxalifət partiyalarının "Xalq Məclisi"nə daxil olmasına ehtiyac yoxdur. "Vahid baxışa malik belə partiyaların dəstəyi arzuolunandır", - o deyib.

"Xalq Nümayəndələri Məclisi" noyabrın 25-də Tbilisidə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti