...

Bakıda naməlum şəxslər evdən 50 min manatlıq qızıl əşyaları aparıblar

Siyasət Materials 6 Oktyabr 2010 14:31 (UTC +04:00)
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 5-də saat 22:05 radələrində maskalanmış 3 naməlum şəxs Mərdəkan qəsəbəsində yaşayan Ələsgər Qocamanovun evinə girib, onu və arvadı Rəfiqəni, habelə onlarda qonaq olan Səidə Əliyarbəyovanı və Aynur Cabbarlını bıçaqla hədələyib, əl-ayaqlarını yapışqanlı lentlə bağlayıblar.
Bakıda naməlum şəxslər evdən 50 min manatlıq qızıl əşyaları aparıblar

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda naməlum şəxslər şəhər sakininin evindən 50 min manatlıq qızıl əşyaları aparıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 5-də saat 22:05 radələrində maskalanmış 3 naməlum şəxs Mərdəkan qəsəbəsində yaşayan Ələsgər Qocamanovun evinə girib, onu və arvadı Rəfiqəni, habelə onlarda qonaq olan Səidə Əliyarbəyovanı və Aynur Cabbarlını bıçaqla hədələyib, əl-ayaqlarını yapışqanlı lentlə bağlayıblar.

Onlar evdən 50 min manat dəyərində qızıl əşyaları aparıblar.
Xəzər Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti