...

AŞ PA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı missiyanı həyata keçirəcək

Siyasət Materials 16 Oktyabr 2010 10:44 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) belçikalı Pol Villenin rəhbərlik etdiyi beş nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 19-dan 21-dək Bakıda seçkiqabağı missiyanı həyata keçirəcək.
AŞ PA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı missiyanı həyata keçirəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) belçikalı Pol Villenin rəhbərlik etdiyi beş nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 19-dan 21-dək Bakıda seçkiqabağı missiyanı həyata keçirəcək. Bu barədə cümə günü AŞ PA-nın saytında yerləşdirilmiş məlumatda deyilir.

Nümayəndə heyəti seçki qanunvericiliyini və seçkiqabağı kampaniyanı qiymətləndirəcəklər.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Nümayəndə heyəti ölkə Prezidenti İlham Əliyev, parlamentin spikeri, daxili işlər naziri və seçkilərdə iştirak edən siyasi partiyaların və koalisiyaların nümayəndələri ilə görüşəcək. Həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri, Konstitusiya Məhkəməsinin sədri, AŞ PA-da Azərbaycanın nümayəndə heyəti, Azərbaycanda ATƏT/DTİHB missiyasının rəhbəri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri, kütləvi ihformasiya vasitələri və diplomatlarla görüşlər də planlaşdırılıb.

AŞ PA-nın 30 nəfərdən ibarət digər nümayəndə heyəti səsvermə günü ölkədə seçkilərin gedişini müşahidə edəcək.

Nümayəndə heyətinin mətbuat konfransının oktyabrın 21-də yerli vaxtla saat 15:00-da Bakıda Park Inn Hotel-də keçiriləcəyi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti