...

Bakıda "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda dəyirmi masa keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2010 05:40 (UTC +04:00)
Bakıda “Regional kontekstdə qlobal çağırışlar” mövzusunda dəyirmi masa keçiriləcək, Trend-in çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 22-də baş tutacaq.
Bakıda "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda dəyirmi masa keçiriləcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bakıda "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda dəyirmi masa keçiriləcək, Trend-in çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 22-də baş tutacaq.

SAM-ın məlumatında o da qeyd olunur ki, Tədbirdə Pakistanın Preston Universitetinin Prezidenti və Rektoru, Qədi-l-azam İslamabad Universitetinin professoru Abdul Basit "Cənubi Qafqaz və Azərbaycanla əlaqəli olan beynəlxalq inkişaf məsələləri", Avstriyanın İnsbruk Universitetinin Siyasi Fəlsəfə bölməsinin müdiri və professoru, eyni zamanda Beynəlxalq Fəlsəfə Akademiyasının vitse-prezidenti Hans Köhler (Hans Koechler) "Cənubi Qafqaz: Münaqişələrin geosiyasəti və onların regional əməkdaşlığa təsiri", Buxarest Siyasi və İnzibati Araşdırmalar üzrə Milli Məktəbin professoru həmçinin Münaqişənin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu (İulian Chifu) "Beynəlxalq münasibətlər sisteminin müasir təkamülü ilə bağlı Mərkəzi və Şərqi Avropada maraqlar", Hollandiyanın Haaqadaki Beynəlxalq Münasibətlər üzrə "Klingendal" Universitetinin NATO, Avropa İttifaqı, MDB ölkələrin və  Rusiya,  Hollandiyanın  təhlükəsizlik siyasəti məsələləri  üzrə böyük elmi işçisi, polkovnik-leytenant Marsel De Haas "Cənubi Qafqazda geostrategiya: enerji və təhlükəsizlik məsələləri", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov  "İranın Ballistik Raketləri: NATO-nun Sammiti üçün ideyalar", Dubayda (BƏƏ) yerləşən Orta Şərq və Fars Körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf bölməsinin (INEGMA) direktoru  Teodor Karasik  "Transmilli-Transregional əlaqələr: Cənubi Qafqazın bugünkü və gələcək əhəmiyyətinin səbəbləri", Türkiyənin Orta Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekan müavini və professoru  Oktay Tanrısevər "Türkiyənin Qara dəniz regionunun iqtisadi integrasiyasında artan rolu", Ukrayna Xarici İşlər Nazirliyi nəzdində  Diplomatik Akademiyanın Qlobal və Regional Sistemlər fakültəsinin dekanı, professor Sergiy Şergin "Ukraynanın Qlobal və regional proseslərə cəlb olunması" adlı mövzular üzrə, həmçinin Gürcüstanın Dövlət İdarəçilik İnstitutunun Yerli özünüidarəetmə Mərkəzinin rəhbəri Elizabed Sopromadze və Gürcüstanın Dovlət İdarəçilik İnstitutunun İdarəçilik fakültəsinin dekanı Marina İoseliani də məruzələrlə çıxış edəcəklər.

SAM-da keçiriləcək "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda dəyirmi masa 22-23 oktyabr tarixlərində Bakıda keçiriləcək "Beynəlxalq Münasibətlər üzrə Alimlərin I-ci İllik Simpoziumun" panel mövzularından biridir.

Tədbir saat 12.30 -da başlayacaq və ingilis dilində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti