...

Azərbaycanın baş konsulu Beverli Hillz merinin fəxri fərmanı ilə təltif olunub

Siyasət Materials 20 Oktyabr 2010 12:23 (UTC +04:00)
Azərbaycanın Dövlət Müstəqilliyi Günü -18 oktyabrda Beverli Hillzin şəhər şurasının iclasında Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanova Azərbaycan və ABŞ arasında dostluq münasibətlərinin vacibliyinin vurğulandığı fəxri fərman verilib.
Azərbaycanın baş konsulu Beverli Hillz merinin fəxri fərmanı ilə təltif olunub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycanın Dövlət Müstəqilliyi Günü -18 oktyabrda Beverli Hillzin şəhər şurasının iclasında Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanova Azərbaycan və ABŞ arasında dostluq münasibətlərinin vacibliyinin vurğulandığı fəxri fərman verilib. Bu barədə baş konsulluqdan məlumat verilib.

Beverli Hillzin meri Cimmi Delşad giriş sözündə Azərbaycan-Amerika tərəfdaşlığının strateji xarakterini vurğulayıb, Azərbaycan və yəhudi xalqlarının dostluğunu, həmçinin Azərbaycan cəmiyyətində qədim tolerantlıq və səmimilik ənənələrini xüsusi qeyd edib.

Mer Delşad Baş Konsulluğa Beverli Hillz şəhər gününün keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib və Kaliforniya ştatında Azərbaycanın diplomatik iştirakının əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti