...

Fövqəladə Hallar Nazirliyi Bakıda "8-ci kilometr bazarı" adı ilə tanınan ərazidəki yanğınla bağlı rəsmi açıqlama yayıb

Siyasət Materials 26 Oktyabr 2010 13:03 (UTC +04:00)
Nazirliyin rəsmi İnternet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m olan həmin bazarda piştaxtalar və polimer materiallar 4 500 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyi Bakıda "8-ci kilometr bazarı" adı ilə tanınan ərazidəki yanğınla bağlı rəsmi açıqlama yayıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "8-ci kilometr bazarı" adı ilə tanınan ərazidə baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi açıqlama yayıb.

Nazirliyin rəsmi İnternet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m olan həmin bazarda piştaxtalar və polimer materiallar 4 500 kv.m sahədə yanıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb; həmçinin, tüstüdən səhhətində nasazlıq yaranmış 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti