...

ATƏT baş katibi dekabrda Türkmənistana səfər edəcək

Siyasət Materials 29 Oktyabr 2010 17:15 (UTC +04:00)
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Mark Perrin de Brişambo əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün 2010-cu ilin dekabrında Aşqabada səfər edəcək.
ATƏT baş katibi dekabrda Türkmənistana səfər edəcək

Türkmənistan, Aşqabad, 29 oktyabr /Trend, müxbir H.Həsənov/

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Mark Perrin de Brişambo əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün 2010-cu ilin dekabrında Aşqabada səfər edəcək.

ATƏT baş katibi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ünvanına məktub göndərib. Məktub yerli KİV-də dərc olunub.

"2010-cu ilin dekabrında Aşqabada səfərim zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığımızın perspektivlərini Sizinlə şəxsən müzakirə etməyin mümkünlüyünü xüsusilə qeyd etmək istəyirəm, - Brişambonun məktubunda deyilir. - ATƏT ilə Türkmənistan və Mərkəzi Asiya regionları ilə gözəl işgüzar münasibətlərin gələcək inkişafına ümid edirəm" .

Xəbər lenti

Xəbər lenti