...

Litva Azərbaycana parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək – səfir

Siyasət Materials 2 Noyabr 2010 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend,müxbir S. Ağayeva/

Litva noyabrın 7-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana missiya göndərəcək. Missiyanın tərkibinə Litva Seyminin bir, Xarici İşlər Nazirliyinin altı nümayəndəsi daxil olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas deyib.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

"Müşahidə missiyası Bakı və ətraf rayonlarda yerləşən dairə seçki komissiyalarına baş çəkəcək, səsvermə prosesinin monitorinqini keçirəcək və fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edəcək", - diplomat bildirib.

Litvanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri də seçkilərin gedişini müşahidə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti