...

ABŞ Azərbaycanda parlament seçkilərini böyük maraqla izləyir – səfirlik

Siyasət Materials 7 Noyabr 2010 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir N.İsmayılova/

ABŞ Azərbaycanda parlament seçkilərinin gedişatını böyük maraqla izləyir. Bu barədə bazar günü Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.

"Səfirliyin 31 əməkdaşı Bakı və regionlarda seçkilərin gedişini müşahidə edir. 45 amerikalı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) missiyasının tərkibinə daxildir", - Sterlinq deyib.

Onun sözlərinə görə, sabah, gözlənildiyi kimi, Amerika missiyası tərəfindən aparılan seçki monitorinqinin yekunlarına dair ABŞ dövlət departamentinin bəyanatı açıqlanacaq.

"ABŞ hökuməti inanır ki, Azərbaycanda aparılan demokratik və iqtisadi islahatlar Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı, ABŞ-la Azərbaycan arasında əlaqələrin dərinləşməsinə ən yaxşı zəmanət olacaq", - Adam Sterlinq bildirib.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti