RED. əlav.: saat 19:00-a olan məlumat əlavə edilib
Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Hacıyev/
Saat 19:00-a olan məlumata görə, "Parlament-2010" seçki monitorinqi  koalisiyasının təşkil etdiyi elektron səsvermədə 25 442 seçici iştirak  edib. Bu barədə bazar günü Trend-ə koalisiyanın təmsilçisi Aydın Kərimov  bildirib.
Artıq elektron səsvermə başa çatıb.
Respublikanın 80 seçki dairəsində "Parlament-2010" seçki monitorinqi  koalisiyasının 3087 müşahidəçisi səsvermənin gedişini izləyir.
MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd  mübarizə aparır.
