...

Azərbaycanda "Seçkilər" İnformasiya Mərkəzinin 115 nömrəli "qaynar xətt"inə saat 17:00-a 65-dək müraciət daxil olub

Siyasət Materials 7 Noyabr 2010 18:40 (UTC +04:00)
Azərbaycanda "Seçkilər" İnformasiya Mərkəzinin 115 nömrəli "qaynar xətt"inə saat 17:00-a 65-dək müraciət daxil olub. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
Azərbaycanda "Seçkilər" İnformasiya Mərkəzinin 115 nömrəli "qaynar xətt"inə saat 17:00-a 65-dək müraciət daxil olub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Seçkilər" İnformasiya Mərkəzinin 115 nömrəli "qaynar xətt"inə saat 17:00-a 65-dək müraciət daxil olub. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.

"Müraciətlərdə səsvermənin gedişində ciddi pozuntular qeyd olunmayıb", - Sarıyev bildirib.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

MSK səsvermənin gedişi barədə məlumatı 17:00 və 19:00-da da verəcək.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti