...

Türkmənistan Prezidenti Xəzəryanı sammitdə iştirak etmək üçün Bakıya səfər edəcək

Siyasət Materials 15 Noyabr 2010 16:46 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak etməyi planlaşdırır.
Türkmənistan Prezidenti Xəzəryanı sammitdə iştirak etmək üçün Bakıya səfər edəcək

Türkmənistan, Aşqabad, 15 noyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak etməyi planlaşdırır. Bu barədə rəsmi tükmən mənbəsi məlumat verib.

Berdiməhəmmədov bu yaxınlarda İstanbulda keçirilən türkdilli ölkələrin dövlət başçılarının sammiti zamanı bildirib ki, Xəzərə aid olan bütün məsələlər bütün tərəflərin marağı və beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları nəzərə alınmaqla həll edilməlidir.

"Bu məsələləri həll etmək lazımdırsa, ediləcək. Buna heç bir tətəf şübhə etmir", - o, qeyd edib və bildirib ki, Xəzərin beynəlxalq hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlar prosesi praktiki olaraq "online" rejimdə, müxtəlif rəsmi səviyyələrdə gedir və daimi inkişafdadır.

Azərbaycan, Qazaxıstan, Rusiya və İranla yanaşı Türkmənistan da karbohidrogen və bioresurslarla zəngin olan Xəzərlə həmsərhəddir. SSRİ-nin dağılması ilə dənizin hüquqi statusu ilə bağlı yeni sazişin qəbul edilməsinə ehtiyac yaranıb.

Beş Xəzəryanı dövlət razılaşıb ki, konvensiya yalnız konsensusla qəbul edilə bilər. Buna qədər SSRİ-İran müqavilələrinin müəyyən etdiyi hüquqi rejim fəaliyyət göstərir. Yüksək səviyyəli ilk Xəzəryanı sammit 2002-ci ildə Aşqabadda keçirilib.

Xəbər lenti

Xəbər lenti