...

ABŞ Mərkəzi Komandanlığının rəhbəri və Özbəkistanın müdafiə naziri qarşılıqlı fəaliyyət proqramı imzalayıblar

Siyasət Materials 17 Noyabr 2010 12:10 (UTC +04:00)
ABŞ Mərkəzi Komandanlığının başçısı general Ceyms Mattis və Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyev Komandanlıqla Müdafiə Nazirliyi arasında təhlükəsizlik sahəsində 2011-ci il üzrə qarşılıqlı fəaliyyət proqramı imzalayıblar.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri və Özbəkistanın müdafiə naziri qarşılıqlı fəaliyyət proqramı imzalayıblar

Özbəkistan, Daşkənd, 17 noyabr /Trend, müxbir D.Əzizov/

ABŞ Mərkəzi Komandanlığının başçısı general Ceyms Mattis və Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyev Komandanlıqla Müdafiə Nazirliyi arasında təhlükəsizlik sahəsində 2011-ci il üzrə qarşılıqlı fəaliyyət proqramı imzalayıblar. Bu barədə özbək KİV məlumat verib.

Proqram 2011-ci il maliyyə ili üzrə birgə razılaşdırılmış öhdəlik və təlimləri nəzərdə tutur.

General Mattis region ölkələrinə səfərinin birinci mərhələsi çərçivəsində Özbəkistanın rəsmi şəxsləri ilə şəxsi görüşlər və söhbətlər üçün respublikaya gəlib. Noyabrın 15-17-də Daşkənddə olduğu müddətdə Mattis Əfqanıstandakı vəziyyət də daxil olmaqla, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün Özbəkistan hökumətinin nümayəndələri ilə görüşüb.

General Ceyms Mattis bu ilin avqustunda ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin edilib. Mərkəzi Komandanlığın əvvəlki rəhbəri Devid Petreus olub.

Xəbər lenti

Xəbər lenti