...

İlham Əliyev Mavritaniyanın Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 27 Noyabr 2010 17:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizi Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.
İlham Əliyev Mavritaniyanın Prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizi Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı sahəsində qarşılıqlı səylərimiz daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və tərəqqi arzulayıram" - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti