...

Azərbaycan Parlamentinin sədri və müavinləri seçilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Noyabr 2010 15:11 (UTC +04:00)
Azərbaycan Parlamentinin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Milli Məıllisin sədri vəzifəsinə Oqtay Əsədov, I vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov seçiliblər.
Azərbaycan Parlamentinin sədri və müavinləri seçilib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Komitə sədrlərinin seçilməsi barədə məlumat 4-cü abzasa əlavə olunub

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Milli Məıllisin sədri vəzifəsinə Oqtay Əsədov, I vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar MuradovaValeh Ələsgərov seçiliblər.

Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Parlamentin ilk iclasında komitə sədrləri də seşilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynov, İqtisadi siyasət komitəsinə Ziyad Səmədzadə, Təhlükəsizlik və müdafiə komitəsinə Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekalogiya komitəsinə Valeh Ələsgərov, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, Sosila siyasət komitəsinə Hadı Rəcəbli, Regional məsələlər komitəsinə Arif Rəhimzadə, Elm və təhsil komitəsinə Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinə Nizami Cəfərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, İnsan hüquqları komitəsinə Rəbiyyət Aslanova sədr seçiliblər.

Bundan öncəki parlament tərkibində həmin vəzifələrə eyni şəxslər seçilmişdi.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bazar ertəsi 7 noyabr parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb.

MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb. MSK yekun protokolu ilə 46 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

MSK-nın məlumatına görə, seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti