...

"Şərq tərəfdaşlığı" son vaxtlar daha fəal rol oynayır - SAM rəhbəri

Siyasət Materials 2 Dekabr 2010 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr/Trend, müxbir V.Javoronkova/

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı son vaxtlar daha fəal rol oynayır. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev bu fikirdədir.

"Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı son vaxtlar daha fəal rol oynayır", - Nuriyev Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda III Cənubi Qafqaz Təhlükəsizlik Forumunun açılışında deyib.

"Bu, ondan xəbər verir ki, biz Avropa ilə əməkdaşlıq etmək istəyirik. Eyni zamanda, Azərbaycan  həm tərəfdaş, həm də gənc demokratik ölkə kimi Avropanı özünə cəlb edir", - Nuriyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edir və yeni səviyyəyə daxil olur. "Bu əməkdaşlıq bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat və neft sahəsində həyata keçirilir", - Nuriyev əlavə edib.

"Şərq tərəfdaşlığı" Aİ ilə postsovet məkanının altı ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun siyasi və iqtisadi yaxınlaşmasına yönəlib. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək dövlət təsisatlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardımın göstərilməsi üçün nəzərdə tutulan 600 milyon dolların ayrılması nəzərdə tutulub. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2008-ci ilin mayında Praqada baş tutub.

Xəbər lenti

Xəbər lenti