...

ABŞ-ın Azərbaycandakı Səfirliyi Wikileaks saytında yayılanları kəskin pisləyib

Siyasət Materials 3 Dekabr 2010 12:12 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Səfirliyi Wikileaks saytında yayılanları kəskin pisləyib
ABŞ-ın Azərbaycandakı Səfirliyi Wikileaks saytında yayılanları kəskin pisləyib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın Azərbaycandakı səfirliyi "Wikileaks" saytında yayılanları kəskin pisləyib. Bu barədə məlumatı cümə günü səfirliyin mətbuat xidməti yayıb.

Amerika səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqin yaydığı bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir.

"Bu, insan həyatlarını risk altına qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur. Ölkələr arasında ümumi təhlükəsizliyimizin asılı olduğu sülh münasibətlərinə xələl gətirmək heç bir cəsarətli addımı nümayiş etdirmir", - bu həftənin əvvəli dövlət katibi Hillari Klinton qeyd edib.
 
"Biz, məxfi olması nəzərdə tutulan hər hansı məlumatın yayılmasına dərin təəssüf hiss keçiririk. ABŞ hökuməti tərkibində məxfi məlumatın olması fərz edilən sənədlərlə bağlı şərh verməyəcəyi və ya onların detallarını təsdiq etməyəcəyi halda, biz, diplomatik ictimaiyyətin məxfi sənədləri tərtib etmə və yazma təcrübəsindən danışa bilərik. Bu sənədlər hökumətlərin xarici əlaqələri ilə bağlı müzakirələrinə əsaslanan gündəlik daxili təhlil və səmimi qiymətləndirmələri əks etdirir", - Sterlinq qeyd edir.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.
Bu sənədlər əksər hallarda xarici siyasətin ilkin və tamamlanmamış ifadələrini özündə cəmləşdirir və onların özü-özlüyündə heç bir mövqeyi yoxdur yaxud da onlar ABŞ siyasətini əks etdirmir.

Xəbər lenti

Xəbər lenti