...

Mixail Saakaşvili Meksikada beynəlxalq konfransda "dəyirmi masa"ya rəhbərlik edəcək

Siyasət Materials 9 Dekabr 2010 10:44 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili cümə axşamı Meksikada keçirilən iqlim dəyişiklikləri ilə bağlı konfrans çərçivəsində "dəyirmi masa"ya rəhbərlik edəcək. Bu barədə jurnalistlərə prezidentin press-spikeri Manana Mancqaladze məlumat verib.
Mixail Saakaşvili Meksikada beynəlxalq konfransda "dəyirmi masa"ya rəhbərlik edəcək

Gürcüstan, Tbilisi, 9 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili cümə axşamı Meksikada keçirilən iqlim dəyişiklikləri ilə bağlı konfrans çərçivəsində "dəyirmi masa"ya rəhbərlik edəcək. Bu barədə jurnalistlərə prezidentin press-spikeri Manana Mancqaladze məlumat verib.

"Mexikoda keçirilən iqlim dəyişiklikləri problemləri ilə bağlı konfransda 192 ölkə, eləcə də 20 dövlətin liderləri və dövlət başçıları iştirak edir. Tədbir BMT çərçivəsində keçirilir. Konfransda Prezidentin çıxışı planlaşdırılıb, bundan əlavə, dekabrın 9-da Mixail Saakaşvili "dəyirmi masa"ya rəhbərlik edəcək ", - Mancqaladze bəyan edib.

2010-cu il noyabrın 29-dan dekabrın 10-dək Meksikanın Kankun şəhərində BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyası (UNFCCC) tərəflərinin növbəti konfransı keçirilir. UNFCCC tərəfləri konfransının sessiyası konvensiya tərəflərinin sayca 16-cı və Kioto Protokolu tərəflərinin altıncı görüşüdür.

Xəbər lenti

Xəbər lenti