Gürcüstan, Tbilisi, 9 dekabr/Trend,müxbir N.Kirsxaliya/
Norveçin Gürcüstandakı yeni səfiri (iqamətgahı Bakıdadır) Erlinq Şonsberq etimadnaməsinin surətini Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeyə təqdim edib. Trend-ə Gürcüstanın xarici işlər nazirliyindən məlumat verildiyi kimi, tanışlıq xarakteri daşıyan görüşdə Gürcüstan-Norveç münasibətləri müzakirə olunub.
Tərəflər ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsinin vacibliyini qeyd ediblər.
Vaşadze və Şonsberq, həmçinin Norveçin Gürcüstanı beynəlxalq təşkilatlarda dəstəkləməsinin və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini qeyd ediblər.