...

Azərbaycan və Ukrayna birgə biznes-forum keçirəcəklər

Siyasət Materials 9 Dekabr 2010 15:26 (UTC +04:00)

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Konstantin Qrişenko və Elmar Məmmədyarov 2011-ci ilin birinci rübündə birgə biznes-forumun keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Bu barədə UKRİNFORM agentliyi xəbər verir.

Bu barədə söhbət iki ölkənin xarici işlər nazirlərinin Moskvada MDB-nin Xarici İşlər Nazirləri Şurasının iclasından kənar ikitərəfli görüşləri zamanı aparılıb. Forumun dəqiq keçirilmə tarixi və yeri ekspertlər səviyyəsində iş rejimində təyin olunacaq.

Görüşdə nazirlər, həmçinin bütünlükdə Ukrayna-Azərbaycan münasibətlərinin vəziyyətini müzakirə ediblər. Xüsusilə, gələn il Azərbaycanın xarici işlər naziri Elmar Məmmədayrovun Ukraynaya səfəri planlaşdırılıb.

Bundan əlavə, xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini nəzərdən keçiriliblər.

Xəbər lenti

Xəbər lenti