...

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 15 Dekabr 2010 14:50 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Koreya Respublikasına rəsmi səfəri çərçivəsində çərşənbə günü Koreya Respublikasının Baş naziri Kim Hvanq-şiklə görüş keçirilib.
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Koreya Respublikasına rəsmi səfəri çərçivəsində çərşənbə günü Koreya Respublikasının Baş naziri Kim Hvanq-şiklə görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı tərəflər ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən münasibətlərin cari vəziyyətini müzakirə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Məmmədyarov koreyalı iş adamlarının Azərbaycanda biznes fəaliyyəti məsələsinə toxunaraq, Koreya tərəfinin iqtisadiyyatın bir sıra sahələrində əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin zəruriliyini bildirib və bu xüsusda Koreyanın Azərbaycanı 2011-2013-cü illərdə prioritet tərəfdaş kimi müəyyən etdiyinə görə təşəkkürünü ifadə edib.

Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi və Azərbaycanın mövqeyi barədə Baş nazirə ətraflı məlumat verib.

Eyni tarixdə nazir Azərbaycan-Koreya parlamentlərarası dostluq qrupunun sədri So Byong-su və Koreya Parlamentinin Xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin sədri Nam Kyung Pil ilə görüş keçirib.

Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında geniş təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, parlament diplomatiyasının mühümlüyünü və müasir dünyada artan rolunu xüsusi qeyd ediblər.

Səfər çərçivəsində Məmmədyarov Koreyanın "Yonhap" informasiya agentliyi, "Korean herald" qəzeti və "Arirang" televiziyasına müsahibə verib. Müsahibələrdə Azərbaycan-Koreya münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərə toxunulub.

Xəbər lenti

Xəbər lenti