Gürcüstan Prezidenti Mixail Saakaşvili cümə günü Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Gürcüstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixail Saakaşviliyə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.