Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Azərbaycanın Küveytdəki səfirliyində Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib. Bu barədə səfirliyin Trend-ə daxil olan press-relizində bildirilir.
Tədbirdə Küveytdə yaşayan və işləyən həmvətənlərimiz, ikli ölkə arasında münasibətlərin inkişafına töhfə verən Küveyt vətəndaşları iştirak edib.
Bayran mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev tədbirdə çıxış ediblər.
Press-relizdə qeyd olunur ki, Həmrəylik Günü münasibətilə Küveytin nüfuzlu "Əl Qabas" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib.