...

Türkiyənin Avropaya inteqrasiyası üçün qapılar həmişə açıqdır

Siyasət Materials 17 Yanvar 2011 14:43 (UTC +04:00)
Son 20 ildə Türkiyə Avropaya inteqrasiya prosesi çərçivəsində böyük yol qət edib və Ankara üçün qapılar açıq qalmaqdadır. İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin üzvü Qustav Bliks bu fikirdədir.

İsveç, Stokholm, 17 yanvar /Trend, müxbir Ü.Sadıxova/

Son 20 ildə Türkiyə Avropaya inteqrasiya prosesi çərçivəsində böyük yol qət edib və Ankara üçün qapılar açıq qalmaqdadır. İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin üzvü Qustav Bliks bu fikirdədir.

"İsveç Türkiyənin Avropaya inteqrasiyasının və tamhüquqlu üzvlüyünün ən qatı tərəfdarlarından biridir. Türklərin özlərindən və ayrı-ayrı Avropa dövlətlərindən çox şey asılıdır. Hərçənd, türklər üçün qapılar açıq qalmaqdadır. İsvec də bu istiqamətdə böyük səylər göstərir", - hakim Moderat Partiyasından olan deputat Bliks Trend-ə müsahibəsində bildirib.

Türkiyə 2005-ci ildə Aİ ilə danışıqlara başlayıb, lakin ölkənin Avropa İttifaqına tamhüquqlu üzv olmasına görə razılşama üçün vacib olan 33 rəhbərdən 13-ü ilə müzakirəılər başlaya bilib. 17 rəhbər Türkiyənin 2004-cü ildə Aİ-yə daxil olan Kipr Respublikasını tanımaqdan imtina etməsilə bağlı danışqılara qoşulmur. Fransa və Almaniya Türkiyənin Aİ-yə üzvlüyünün qatı əleydarları olaraq qamaqdadırlar və onlar Ankaraya Aİ-yə daxil olmadan onun imtiyazlı tərəfdaşı statusunu təklif edirlər.

Çoxillik Kipr problemi Türkiyənin Aİ ilə danışıqları prosesində maneələrdən biridir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, tanınmamış Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) beynəlxalq təcridinə son qoyulmayanadək Kipr Respublikası üçün öz limanlarını açmayacaq. Türkiyə, həmçinin bölünmüş adanın problemi həll olunanadək Aİ-yə üzv olan Kipr Respublikasını tanımaqdan imtina edir.

Aİ-yə inteqrasiya prosesinin davam etdirilməsi üzrə danışıqlar 2010-cu ilin martında İsveç Parlamentinin qondarma "erməni soyqırımı" haqda qətnaməni qəbul etməsindən sonra pozulmaq risqi ilə üzləşdi. Ankara etiraz əlaməti olaraq öz səfirini Stokholmdan geri çağırdı.

Qərarın qəbul edilməsi əleyhinə çıxış edən partiyanın üzvü olan Bliks hesab edir ki, bu, İsveç Parlamenti tərəfindən belə mühüm məsələdə atılan düşünülməmiş addım idi.

"Qətnamə qapıları tamamilə bağlamadı, maneə yaratmadı. Bu məsələnin həlli gec-tez tapılacaq, lakin siyasətçilər tərəfindən yox", - İsvec deputatı hesab edir.

Onun sözlərinə görə, 1915-ci ildə baş vermiş faciəli hadisələr təkcə ermənilərə deyil, türklərə, yunanlara və digər xalqlara da aiddir və ona görə də belə məsələləri tarixçilər həll etməlidirlər.

Xəbər lenti

Xəbər lenti