...

Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ilə görüşüb

Siyasət Materials 18 Yanvar 2011 14:01 (UTC +04:00)
Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Türkiyənin Jandarma Qüvvələri baş komandanı, general Necdət Özəl arasında görüş olub.
Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ilə görüşüb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili Qoşunları ilə Türkiyənin Jandarma Qüvvələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və Türkiyənin Jandarma Qüvvələri baş komandanı, general Necdət Özəl arasında görüş olub.

Yanvarın 17-də Özəlin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın bir sıra qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Türkiyəli general Daxili Qoşunların hərbi hissələrində və Qala Tədris Mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti