...

Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır - Prezident Trayan Besesku

Siyasət Materials 27 Yanvar 2011 18:45 (UTC +04:00)
Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır.
Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır - Prezident Trayan Besesku

27 yanvar, Fransa, Strasburq /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır. Trend-in məlumatına görə, bu fikirləri Rumıniya Prezidenti Trayan Besesku AŞ PA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın AŞ-yə üzvlüyü və Azərbaycan-Rumıniya münasibətlərinə münasibət bildirərkən deyib.

Rumıniya Prezidenti qeyd edib ki, ölkəsi ilə Azərbaycan bütün sahələrdə əməkdaşlıq edir.

"Siz bilirsiniz ki, Azərbaycan ilə Rumıniya strateji tərəfdaşdır. Hər bir sahədə əməkdaşlıq edirik. Biz yeganə ölkəyik ki, Qara və Xəzər dənizi hövzəsi ölkələri ilə birgə əməkdaşlıq edirik. Əgər bu ölkələr Avropaya inteqrasiya yolunu seçirlərsə, Avropa ümumi bazarına çıxmaq istəsələr, biz onlara "xoş gəldiniz" deyəcək və lazımi dəstəyi göstərəcəyik. İstəyirik ki, gələcəkdə bu ölkələr də Avropa cəmiyyətinin bir üzvü olsun. Xəritəyə baxdıqda Azərbaycanın enerji resurslarının zənginliyini görürük. Biz hər bir sahədə Azərbaycanı dəstəkləyirik", - Rumıniya Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti