...

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılacaq

Siyasət Materials 31 Yanvar 2011 13:04 (UTC +04:00)
Azərbaycanda "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə salınıb. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə salınıb. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi bəzi prosedur qaydalarında dəyişiklik edilməsini nəzərdə tutur.

Azərbaycanın Seçki Məcəlləsinə sonuncu dəfə 2010-cu ilin iyun ayında əlavə və dəyişikliklər edilib. Son dəyişikliklərə əsasən, deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsait ləğv edilib, seçkilərin nəticələrinin elan olunması 75 gündən 60 günə endirilib. Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində Seçki Məcəlləsinin müddəalarının Konstitusiyaya uyğunlaşdırılması ilə bağlı əlavə və dəyişikliklər nəzərdə tutulur.

Konstitusiyaya referendum yolu ilə edilən son dəyişikliklərə görə, Konstitusiyanın 84.1-ci və 101.5-ci maddələrinin tələbinə görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclisə və prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə, Milli Məclisin və prezidentin səlahiyyət müddətləri hərbi əməliyyatların sonunadək uzadılır.

Bu barədə qərarlar Mərkəzi Seçki Komissiyasının müraciətinə əsasən, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Təvəkküloğlu deyib ki, bundan əlavə, gündəliyə on dörd məsələ daxil edilib. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əlavə və dəyişikliklər edilməsi, icbari sığortalar haqda qanun layihəsi, bir neçə hökumətlərarası sazişlərin ratifikasiya olunması, Milli Məclisin İntizam və hesablayıcı komissiyasının yenidən təşkil edilməsi və s. məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti