...

Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

Siyasət Materials 5 Fevral 2011 06:12 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu şənbə günü azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüş keçirəcək. Trend-in məlumatına görə, bu barədə Əhməd Davudoğlu cümə günü axşam Münhendə keçirilən mətbuat konfransında bildirib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu şənbə günü azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüş keçirəcək. Trend-in məlumatına görə, bu barədə Əhməd Davudoğlu cümə günü axşam Münhendə keçirilən mətbuat konfransında bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

Görüş haqda digər məlumat verilmir.

Davudoğlu bildirib ki, şənbə günü azərbaycanlı həmkarı ilə yanaşı, ABŞ dövlət katibi, Fransa və Bolqarıstan xarici işlər nazirləri ilə görüşlər də planlaşdırılıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fevralın 4-6-da keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirak edirlər.

47-ci Münhen Konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib.
Münhen Konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir.

Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin "müdafiə nazirlikləri nümayəndələrinin iclası" kimi qoyulub. Hazırda Münhen təhlükəsizlik Konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.

Xəbər lenti

Xəbər lenti