...

Yunanıstan Azərbaycanı cəlbedici və etibarlı tərəfdaş hesab edir - səfir

Siyasət Materials 9 Mart 2011 09:00 (UTC +04:00)
Интервью Trend с послом Азербайджана в Греции Рахманом Мустафаевымə
Yunanıstan Azərbaycanı cəlbedici və etibarlı tərəfdaş hesab edir - səfir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevlə müsahibəsi

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yunanıstana bu yaxınlardakı səfərini necə şərh edərdiniz?

- Hər şeydən əvvəl bu, Azərbaycan-Yunanıstan münasibətləri tarixində Azərbaycan xarici işlər nazirinin ilk səfəri olub. Məhz bu səbəbdən hər iki tərəf buna böyük maraq göstərib. Elmar Məmmədyarovun Afinada Yunanıstanın Baş naziri, parlament spikeri, xarici işlər naziri və işgüzar dairələrlə görüş və danışıqları dünya və regional siyasətin aktual məsələləri ilə bağlı milli maraqları bildirməyə, fikir mübadiləsi aparmağa, siyasi, iqtisadi, humanitar sahələrdə gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyətin yollarını tapmağa imkan verdi. Afinada bizim yunan həmkarlarımızın təşəbbüsü ilə iki ölkənin Xarici İşlər nazirlikləri arasında Azərbaycanın Avropaya inteqrasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı dialoq başladı. Qeyd edim ki, Yunanıstan XİN belə dialoqu MDB-nin bütün ölkələri ilə aparır. Yunanıstan Prezidenti Karlos Papuliasın Bakıya qarşıdakı səfərinə hazırlıqla bağlı məsələlər də müzakirə edildi. Ümumilikdə səfər təsdiq etdi ki, münasibətlərimiz çox yaxşı səviyyədədir və sanballı gələcək inkişafa malikdir.

- Apreldə Yunanıstan Prezidenti Karlos Papulias Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Yüksək səviyyəli danışıqlarda hansı məsələlər diqqət mərkəzində olacaq? Yunanıstan Prezidentinin Azərbaycana səfəri zamanı hər hansı sənədin imzalanması planlaşdırılırmı?

- Yunanıstan Prezidentinin səfəri zamanı diqqət mərkəzində siyasi, investisiya, iqtisadi, humanitar, habelə enerji sahələrində ikitərəfli əməkdaşlığın gələcəkdə fəallaşdırılması olacaq. Söhbət Azərbaycanın təbii qazının yunan bazarına ARDNŞ və onun yunan tərəfdaşı (burada hər iki tərəf maraqlıdır) arasında "birbaşa müqavilə" əsasında tədarük imkanlarından deyil, eləcə də alternativ enerji istehsalında əməkdaşlıqdan gedir. Yeri gəlmişkən, yunan şirkətləri - həm sənaye, həm də konsaltinq şirkətləri bu sahəyə nəzərəçarpacaq maraq göstərərək ölkəmizi cəlbedici və etibarlı tərəfdaş hesab edirlər.

Azərbaycan-Yunanıstan danışıqlarının gündəliyinə ənənəvi olaraq beynəlxalq və regional münasibətlərin bir sıra məsələləri daxildir: Cənubi Qafqazda və Balkanlarda vəziyyət, ölkələrimizin qonşu dövlətlərlə münasibətləri, Avropada enerji təhlükəsizliyinin təmini.

Biz ona da ümid edirik ki, Yunanıstan Prezidentinin səfəri ikitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının gələcək möhkəmlənməsinə səbəb olacaq. Hazırda ekspertlər səviyyəsində səfər zamanı imzalanması məqsədilə ikitərəfli sənədlərin layihələrinin razılaşdırılması gedir. Onların sırasında dəniz nəqliyyatı, kənd təsərrüfatı, ətraf mühitin qorunması sahəsində əməkdaşlıq üzrə hökumətlərarası saziş, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında üçillik işçi proqram var. Bundan başqa, iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlığa dair saziş üzərində iş də başlayıb. Bu, Azərbaycan-Yunanıstan əməkdaşlığında prinsipcə yeni istiqamətdir və fikrikmcə, bunun yaranması münasibətlərimizdə ciddi və müsbət keyfiyyətli dəyişikliklərin olduğunu sübut edir.

- Səfər nəticəsində Yunanıstan-Azərbaycan əlaqələrində hansı müsbət irəliləyişləri gözləmək olar?

- Biz gözləyirik ki, Yunanıstan Prezidentinin səfəri iki ölkə rəhbərliyi arasında etibarlı münasibətlərin gələcəkdə möhkəmlənməsinə, Bakı və Afina arasında ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına səbəb olacaq, xüsusilə də hökumət qurumları və işgüzar dairələrə ticari-iqtisadi, energetika və investisiya sahələrində əməkdaşlığın fəallaşmasına impuls verəcək.

- Azərbaycan və Yunanıstan arasında qarşılıqlı münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Əməkdaşlıq üçün hansı sahələr cəlbedicidir və Azərbaycan biznesi Yunanıstanda təmsil olunubmu?

- Biz ikitərəfli əməkdaşlığın indiki səviyyəsindən və inkişaf tempindən razıyıq. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun səfərinin yekunları üzrə Yunanıstanın "Kaimerini" qəzetinə müsahibəsində qeyd etdiyi kimi, "biz düzgün yoldayıq". Gələn il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edəcəyik və bu müddət ərzində ölkələrimiz öz aktivlərinə yüksək səviyyədə siyasətin davamlı dialoq dinamikası, beynəlxalq təşkilatlarda diplomatiyamızın artan məhsuldarlığı, mədəni sahədə çoxplanlı əməkdaşlıq, fəal idman və gənclərin əlaqələri və mübadiləsi kimi uğurlar yazıblar.

Yeri gəlmişkən, humanitar istiqamətə biz xüsusi əhəmiyyət veririk, belə ki, ölkələrimiz bu sahədə əməkdaşlıq üçün nadir potensiala malikdir. Bununla əlaqədar xüsusilə qeyd etmək istərdim ki, fevralda Afinada Azərbaycanın Yunanıstandakı səfirliyinin hamiliyi və dəstəyi ilə ən yaxşı Azərbaycan, Yunanıstan və xarici pedaqoqların yunan tələbələrinin aktyor sənətinin praktiki hərəkətlərinə yiylənməsinin peşəkar hazılrlığı üçün tədris prosesini aparan Beynəlxalq Teatr studiyası açılıb. Studiya direktoru - soydaşımız və Yunanıstanın aparıcı aktrisalarından biri Tamilla Quliyeva artıq Azərbaycanın teatr və təsviri incəsənət tarixi üzrə kurslar aparmağa başlayıb. Planlarımızda Azərbaycan musiqisi, vokal və rəqsinin tarixi üzrə silsilə mühazirələr də var. Bu, Avropa məkanında nadir layihədir və mən əminəm ki, o, yunan auditoriyasına Azərbaycan mədəniyyətinin zənginliyi haqqında məlumatı çatdırmağa və xaqllarımızı daha da yaxınlaşdırmağa kömək edəcək.

Mən münasibətlərimizdəki problemləri diqqətdən kənar qoymaq istəməzdim. Fikrimcə, onların sırasına qarşılıqlı ticarətinin kiçik həcmi - 180 milyon dollar rəqəmi tərəflərin ticarət potensialına cavab vermir; ixracımızın şaxələndirilməmiş strukturu - tədarüklərimizdə neft üstünlük təşkil edir; qarşılqılı faydalı investisiyaların olmaması; turist səfərlərinin aşağı aktivliyi daxildir.

Əminəm ki, bütün bu məsələlər aiddiyyəti nazirlik və idarələrin, eləcə də Yunanıstan Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində keçiriləcək biznes forumun iştirakçılarının diqqət mərkəzində olacaq və ikitərəfli əməkdaşlqı prosesində öz həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti