...

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri İtaliyada işgüzar səfərdə olub

Siyasət Materials 11 Mart 2011 11:19 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov martın 9-10-da İtaliya Respublikası XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Mauritsio Massarinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri İtaliyada işgüzar səfərdə olub

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov martın 9-10-da İtaliya Respublikası XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Mauritsio Massarinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Trend-in məlumatına görə, bu barədə cümə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

Massari ilə martın 9-da keçirilən görüş zamanı tərəflər hər iki nazirliyin mətbuat xidmətlərinin fəaliyyəti, əldə edilən təcrübə, habelə perspektiv planlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin, hər iki ölkə ictimaiyyətinin müvafiq olaraq, Azərbaycan və İtaliya haqqında daha geniş şəkildə məlumatlandırılması istiqamətində işin intensivləşdirilməsinin zəruriliyi qeyd edilib. Bu xüsusda hər iki ölkənin mətbuat nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunub.

Həmin gün Poluxov İtaliyanın Link Kampus Universitetinin Strateji Araşdırmalar Mərkəzində bu ölkənin aparıcı elmi tədqiqat mərkəzlərinin ekspertləri, Universitetin müəllim və tələbə heyəti ilə görüş keçirib. Azərbaycan diplomatını salamlayan SAM direktoru, professor Serco Luici Cermani Azərbaycan ilə İtaliya arasında tarixi əlaqələrə işarə edərək, İtaliyanın elmi ictimaiyyətində Azərbaycana dair böyük marağın olduğunu qeyd edib.

Daha sonra Poluxov Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, danışıqlar prosesinə dair keçirilən müzakirə zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırılıb və Azərbaycanın ədalətli mövqeyi auditoriya tərəfindən dəstəklə qarşılanıb. Tədbirdə həmçinin, Azərbaycanın enerji siyasəti, Azərbaycan-İtaliya, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair çoxsaylı suallar cavablandırılıb. Görüşlərdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.

Martın 10-da Poluxov İtaliyanın bir sıra aparıcı informasiya agentliklərinin jurnalistləri ilə görüş keçirərək, ölkənin xarici siyasətinə dair müsahibə verib və jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti