Azərbaycan, Bakı, 13 mart /Trend/
İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey bazar günü Azərbaycana rəsmi səfərə gəlib.
İsveçrə Prezidentinin səfəri martın 15-ə kimi davam edəcək. Bu barədə İsveçrə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Səfər çərçivəsində Kalmi-Reyin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşləri nəzərdə tutulub.
İsveçrə Prezidenti həmçinin Naxçıvan Muxtar Respublikasına səfər edəcək. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi bu bölgədə su təchizatının yaxşılaşdırılması üzrə layihə həyata keçirir, deyə məlumatda bildirilib.