...

Türkiyə səfiri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 16 Mart 2011 16:41 (UTC +04:00)
Türkiyә Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Hulusi Kılıç Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Türkiyə səfiri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Türkiyә Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Hulusi Kılıç Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Bu barədə Türkiyə səfirliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Kılıç bayram təbrikində Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsinın təqdirəlayiq olduğunu bildirib.

Türkiyə səfiri onu da qeyd edib ki, Novruz bayramını dördüncü dəfə Azərbaycanda qeyd etməsindən xoşbəxtlik və sevinc hissi keçirir.

Səfir Kılıç baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarımız üçün cansağlığı, xoş güzəran, bərəkət, əminamanlıq və sevinc gətirməsini diləyib.

Xəbər lenti

Xəbər lenti