...

Azərbaycanın müxalifət partiyalarının birgə müşavirəsi keçirilib

Siyasət Materials 18 Mart 2011 17:51 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının rəhbərliklərinin geniştərkibli birgə müşavirəsi keçirilib.
Azərbaycanın müxalifət partiyalarının birgə müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının rəhbərliklərinin geniştərkibli birgə müşavirəsi keçirilib. Trend-in VİP-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda ölkədəki mövcud ictimai-siyasi durum və ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planı müzakirə olunub.

Toplantıda çıxış edən VİP sədri Əli Əiiyev və ALP sədri Əvəz Temirxan ölkədə yaranmış vəziyyətin geniş təhlilini veriblər. Partiya sədrlərinin çıxışından sonra toplantı iştirakçıları bu məsələ ilə bağlı fikirlərini bildiriblər. Ölkədə siyasi proseslərin sürətlənməsi fonunda VİP ilə ALP-nin birgə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan partiya təmsilçiləri bununla əlaqədar təkliflərini irəli sürüblər.

Müşavirənin yekununda irəli sürülən təkliflərin dəyərləndirilməsi və ümumiləşdirilərək ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planına daxil edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti