İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı bazar ertəsi Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
"Sizin seçkilərdə qələbəniz Qazaxıstan xalqının Sizə yüksək etimadını, Sizin həyata keçirdiyiniz, dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasına yönəlmiş fəaliyyət xəttinizi xalqın dəstəklədiyini təsdiq etdi", - İlham Əliyev təbrik məktubunda bildirib.
Məktubda qeyd olunub ki, Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz dost xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək.
"Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Qazaxıstanın çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram", - təbrik məktubunda qeyd olunub.
İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib
İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
