...

Azərbaycan Prezidenti Latviyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 18 Aprel 2011 13:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti Latviyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlətimizin başçısı bu səfərin uğurlu olacağına əminliyini ifadə etdi. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirdi. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu dedi.

Daxili işlər naziri xanım Linda Murniese Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Latviya Prezidentinin Prezident İlham Əliyevin Riqaya səfərini və dövlətimizin başçısı ilə keçirdiyi əvvəlki bütün görüşləri məmnunluqla xatırladığını vurğuladı. Xanım Linda Murniese ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti