...

Türklər və ermənilər özlərinin ümumi tarixlərinin ağrılı dövlərinə dialoq vasitəsilə müraciət etməlidirlər - Əhməd Davudoğlu

Siyasət Materials 20 Aprel 2011 14:50 (UTC +04:00)
Türklər və ermənilər özlərinin ümumi tarixlərinin ağrılı dövlərinə dialoq vasitəsilə müraciət etməlidirlər. Trend-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə düşünür.
Türklər və ermənilər özlərinin ümumi tarixlərinin ağrılı dövlərinə dialoq vasitəsilə müraciət etməlidirlər - Əhməd Davudoğlu

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Türklər və ermənilər özlərinin ümumi tarixlərinin ağrılı dövlərinə dialoq vasitəsilə müraciət etməlidirlər. Trend-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə düşünür.

"Dialoq vasitəsilə bir tərəf digər tərəfin hisslərini başa düşə və hər iki tərəfin itridiyi çoxlu sayda qurbanların xatirəsinə layiqincə hörmət etməyə başlaya bilər. Lakin bunun baş tutması üçün bizə tutarlı faktiki əsas lazımdır", - Türkiyə XİN rəhbəri Ermənistanın "Arminfo" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, milli xatirə həmişə yanlış olur və əksər hallarda üst-üstə düşmür. "Qərəzsiz elmi araşdırmanın aparılması da daxil olmaqla, tarixi tədqiqat barədə dialoqa başlamaq mümkün olduqda Protokollar kömək edə bilər. Biz keçmişin dərk edilməsinin toqquşmasından yayına və dialoq vasitəsilə sadəcə olaraq xatirələrinə hörmət edə bilərik. Bununla belə, üçüncü ölkələrdə erməni xatirəsini mübahisəedilməz həqiqət kimi qəbul etmək üçün aramsız səylər göstərilir", - Davudoğlu qeyd edib.

"Bu kampaniya tez-tez ritorikaya çevrilərək Türkiyə əleyhinə yönəlir. Belə perspektiv sıfırla nəticələnək oyunun mahiyyətini əks etdirir", - Davudoğulu vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə başa düşürlər ki, Ermənistan diasporu rədd edə bilmir. "Lakin bu qarşılıqlı əlaqə həmişə kompromis əleyhdarlarının və qarşılarında açılan tarixi imkanı görə bilməyənlərin razı salınmasına səbəb olmamalıdır", - o bildirib.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar. Gözlənilir ki, apreldə "soyqırım"ın ildönümü münasibətilə erməni lobbisi dünya ölkələrinin parlamentlərində, xüsusilə ABŞ Konqresində öz fəaliyyətlərini gücləndirəcəklər.

Xəbər lenti

Xəbər lenti