Azərbaycan və Serbiya xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər (FOTO)

Azərbaycan və Serbiya xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin dəvəti ilə ikigünlük rəsmi səfərlə Belqrada gedib.

Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, mayın 3-də Məmmədyarov və Yeremiçin iştirakı ilə Serbiya XİN-in binasında yaradılmış Azərbaycan salonunun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimindən sonra Azərbaycan salonunda Məmmədyarovun Yeremiçlə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Geniş tərkibdə keçirilmiş görüşün əvvəlində Yeremiç Məmmədyarovu salamlayaraq, 2009-cu ildə özünün, 2010-cu ildə isə Serbiya Prezidenti Boris Tadiçin səfəri ilə əlaqədar Azərbaycanda olduğunu, səfərlərdən xoş təəssüratlarla ayrıldığını bildirib.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə və şəxsən Yeremiçə təşəkkürünü ifadə edib. Azərbaycanlı nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi və son durum haqqında həmkarını məlumatlandırıb. Eyni zamanda, o, hazırda Serbiyanın bir nömrəli problemi olan Kosovo problemi ilə bağlı Azərbaycanın məlum mövqeyini bir daha təkrarlayıb.

Yeremiç Kosovo məsələsi ilə bağlı həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın mövqeyinin birmənalı şəkildə dəstəklədiyinə görə Azərbaycan dövləti və hökumətinə minnətdarlığını bildirib.

Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 8-9-da Serbiyaya nəzərdə tutulan səfəri barədə fikir mübadiləsi aparılıb. Eləcə də, müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdən sonra hər iki nazir Serbiya KİV-i qarşısında qısa bəyanatla çıxış ediblər.

Həmin gün Məmmədyarov Belqrad şəhərinin meri, hakim Demokratik Partiyanın sədr müavini Draqan Cilasla görüşüb. Görüş zamanı Cilas Azərbaycanla Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib. Mer Azərbaycan rəhbərliyinə onu Bakıya dəvət etdiyinə görə dərin minnətdarlığını bildirərək, Bakıya məmnuniyyətlə səfər edəcəyini deyib. O, Azərbaycan səfirliyi tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələr, həmçinin Belqrad sakinlərinin ən sevimli istirahət yerlərindən olan "Taşmaydan parkı"nın bərpa və abadlaşdırılması layihəsi ilə bağlı Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlığını bildirib.

Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafından məmnun qaldığını qeyd edib. O, 2009-cu ildə Yeremiçin, 2010-cu ilin 12-13 may tarixlərində isə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün zəmin yaratdığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyununda Serbiyaya nəzərdə tutulan səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əmin olduğunu bildirib. Məmmədyarov "Taşmaydan parkı"nın abadlaşdırılması, orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçı Milorad Paviçin heykəllərinin ucaldılması, Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulmasını xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Sonra Məmmədyarov Belqrad şəhərinin baş memarı və merin müavini, Azərbaycan tərəfindən "Taşmaydan parkı"nın yenidənqurulması və abadlaşdırılması layihəsinin müəllifi memar Eldar Hüseynovun iştirakı ilə parkda abadlaşdırma işlərinin gedişatı ilə tanış olub.

Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanda benzin istehsalı artıb
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Nyu-York metrosunda atış olub
"Facebook"un gəliri artıb
Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi
İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Polşa Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək
Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
Qaxda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
Bütün xəbərlər