...

Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Siyasət Materials 6 May 2011 22:00 (UTC +04:00)
Mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq ötən illərdə Azərbaycan iqtisadiyyatının və bütün regionların, qeyri-neft sektorunun daha da inkişafı üçün ardıcıl tədbirlərin, eləcə də sosial və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulamışdır.

Kənd təsərrüfatının inkişafının dövlətin başlıca prioritetlərindən biri olduğunu deyən Prezident İlham Əliyev regionlarda aqrar-sənaye kompleksinin köklü inkişafı, infrastruktur və sosialyönümlü tədbirlərin daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Sahibkarlığın hərtərəfli dəstəklənməsi üçün kompleks tədbirlərin bundan sonra daha da gücləndiriləcəyini vurğulayan dövlətimizin başçısı iş adamlarına rəqabətədavamlı məhsulların istehsalını genişləndirməyi və xarici bazarlara daha çox əmtəə çıxarmağı tövsiyə etmişdir.

Müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, "Atena" süd məhsulları kombinatının təsisçisi Mülhazil Balakişiyev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış etmişlər.

Müşavirəyə yekun vuran dövlətimizin başçısı aqrar-sənaye kompleksində islahatların reallaşdırılması zamanı kompleks yanaşmanın və hərtərəfli əlaqələndirmənin başlıca meyar olduğunu bildirmişdir.

Xəbər lenti

Xəbər lenti