...

Ukrayna Azərbaycanla konkret layihələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 26 May 2011 11:35 (UTC +04:00)
Ukrayna Azərbaycanla iqtisadi, energetika və elmi-texniki sahələrdəki konkret layihələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Ukrayna Azərbaycanla konkret layihələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

Ukrayna Azərbaycanla iqtisadi, energetika və elmi-texniki sahələrdəki konkret layihələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Ukrayna tərəfinin bu marağını bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşündə ifadə edib. Bu barədə cümə axşamı Trend-ə diplomatik missiyadan bildiriblər.

Görüş zamanı tərəflərin hər iki ölkənin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dair təcrübə mübadiləsi üzrə gələcək əməkdaşlığa hazırlıq da təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti