...

Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir - Barak Obama

Siyasət Materials 27 May 2011 17:49 (UTC +04:00)
Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir - Barak Obama
Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir - Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli cənab Prezident, Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.
Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir.
Milli bayramınız və bu tarixi ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqda Amerika xalqı da mənə qoşulur" Obama təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti