...

Millət vəkili Qənirə Paşayeva Türkiyədə AŞPA-nın müşahidə missiyasının işində iştirak edib

Siyasət Materials 13 İyun 2011 05:07 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Türkiyədə AŞPA-nın müşahidə missiyasının işində iştirak edib
Millət vəkili Qənirə Paşayeva Türkiyədə AŞPA-nın müşahidə missiyasının işində iştirak edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyədə keçirilən parlament seçkilərini müşahidə missiyasının üzvü kimi seçkiləri paytaxt Ankarada izləyən millət vəkili Qənirə Paşayeva müşahidəçisi olduğu seçki məntəqəsində səs verən prezident Abdulla Gül və Türkiyə Silahlı Qüvvələrinin Genelkurmay Başqanı Orgeneral Sebahattin Işık Koşaner ilə görüşüb.

Millət vəkili seçkilərin nəticlərinin dost, qardaş Türkiyə və bölgə üçün xeyrli və uğurlu olmasını arzu etdiklərini bildirib və Azərbaycan xalqının da bu arzu, düşüncə və gözləntidə olduğunu deyib.

Qeyd edək ki, Avropa şurası Parlament Assambleyasının 30 nəfərlik seçkiləri müşahidə missiyası ötən gün Türkiyənin müxtəlif bölgələrində seçkiləri müşahidə ediblər. Bu gün AŞPA-nın seçkiləri müşahidə missiyası seçkilərlə bağlı ilkin açıqlama verəcək.

Bu gün Türkiyədə keçirilən parlament seçkilərində seçki qutularının 98 faizi açılıb. Yerli vaxtla saat 22.30 a olan məlumata görə, 50.3 faiz səslə (327 millət vəkili ilə), hakim partiya liderlik edir.

İkinci yerdə, 25.8 faiz səslə (135 millət vəkili ilə) Cümhuriyyət Xalq Partiyası, üçüncü yerdə 13.6 faiz səslə (53 millət vəkili ilə) Milliyyətçi Hərəkat Partiyası yer tutur.

Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.

Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.

Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.

Türkiyədə keçirilmiş parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edib.

Parlament seçkilərində artıq ölkənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan, prezident Abdullah Gül, müxalifət partiyalarının liderləri səs vermədə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti