...

Müsavat Partiyası Məclisinin sessiyasının keçirilmə vaxtı müəyyənləşib

Siyasət Materials 13 İyun 2011 16:16 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası Məclisinin sessiyası iyunun 26-da keçiriləcək.
Müsavat Partiyası Məclisinin sessiyasının keçirilmə vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası Məclisinin sessiyası iyunun 26-da keçiriləcək. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə partiya Divanının bazar ertəsi keçirilən toplantısında qərara gəlinib.

Divanın gündəliyinin partiyadaxili məsələ bölümündə Xətai rayon təşkilatında keçirilmiş konfrans və Yasamal rayon təşkilatında keçirilmiş ümumi yığıncaq haqqında məlumat verilib. "Demokrat" qəzetinin baş redaktoru Mustafa Hacılının Xətai rayon təşkilatının, biologiya elmlər namizədi Sevinc Hüseynovanın isə Yasamal rayon təşkilatının sədri seçildikləri bildirilib.

Xəbər lenti

Xəbər lenti