...

MDB ölkələrinin müdafiə nazirləri birgə HHM təlimlərinin ssenarisini təsdiq ediblər

Siyasət Materials 6 İyul 2011 15:24 (UTC +04:00)
MDB ölkələrinin müdafiə nazirləri çərşənbə günü Soçidə "Döyüş birliyi - 2011" döyüş atəşi ilə birgə Hava Hücumundan Müdafiə təlimlərinin ssenarisini təsdiq ediblər.
MDB ölkələrinin müdafiə nazirləri birgə HHM təlimlərinin ssenarisini təsdiq ediblər

Azərbaycan, Bakı, 6 iyul /Trend/

MDB ölkələrinin müdafiə nazirləri çərşənbə günü Soçidə "Döyüş birliyi - 2011" döyüş atəşi ilə birgə Hava Hücumundan Müdafiə təlimlərinin ssenarisini təsdiq ediblər. Tədbir cari ilin avqust-oktyabr aylarında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bildirib. Məlumatı RİA Novosti yayıb.

"Bu gün həmin təlimin keçirilməsi niyyətini təsdiq etdik. Onu üç mərhələdə keçirəcəyik. Döyüş atışı ilə praktik hərəkətləri iki poliqonda həyata keçirəcəyik: Qazaxıstandakı "Sarı-Şaqan" poliqonunda və Rusiyadakı "Aşuluk" (Həştərxan vilayəti) poliqonunda", - nazir MDB Müdafiə Nazirləri Şurasının 60-cı iclası başa çatandan sonra deyib.

Serdyukov onu da bildirib ki, iclasda HHM sahəsində hərbi-texniki əməkdaşlıq və birgə rabitə və avtomatlaşdırma sisteminin yaradılması məsələləri müzakirə edilib. Onun sözlərinə görə, nazirlər radiasiya, kimyəvi və bioloji vəziyyətə nəzarət və qiymətləndirmə məsələləri üzrə qarşılıqlı əlaqənin qaydalarını müəyyənləşdiriblər.

Nazir qeyd edib ki,, Birlik dövlətlərinin müdafiə nazirləri inteqrasiya proseslərinin inkişafına böyük diqqət yetirirlər. "Bununla əlaqədar MDB iştirakçı dövlətlərinin 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasınının əsas istiqamətlərini müəyyənləşdirmişik", - Serdyukov əlavə edib.

O vurğulayıb ki, konsepsiyanın həyata keçirilməsi üzrə tədbirlər Müdafiə Nazirləri Şurasının və onun işçi orqanlarının illik fəaliyyət planlarının üzərinə düşür. "Bu halda xüsusi diqqət hərbi təyinatlı birgə sistemlərin yaradılmasına və təkmilləşdirilməsinə yetirilir", - Rusiya müdafiə naziri əlavə edib.

Xəbər lenti

Xəbər lenti