...

Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin yeni yolu salınıb - səfir

Siyasət Materials 7 İyul 2011 11:26 (UTC +04:00)
Son illər Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin yeni yolu salınıb.
Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin yeni yolu salınıb - səfir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Son illər Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin yeni yolu salınıb. Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov belə hesab edir.

"Ölkələrimiz arasında əlaqələrin inkişaf etməsi əməkdaşlığın bütün istiqamətləri üzrə keçir. Buna ilk növbədə yüksək səviyyədə qarşılıqlı dövlət səfərləri xidmət edir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2008-ci ilin mayında Azərbaycana rəsmi səfərə gəlib. Öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin noyabrında Türkmənistanda rəsmi səfərdə olub. Keçirilən görüşlər dövlətlərarası münasibətlərin, dostluq, qardaşlıq münasibətlərinin və hazırda yeni tarixi dövr yaşayan səmərəli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı yolunda mühüm addımlar olub", - Trend-ə Komekov bildirib.

Yaranmaqda olan mehriban qonşuluq münasibətlərinə nümunə kimi səfir 2009-cu il noyabr ayının əvvəlində "Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri"ni, eləcə də ötən ilin noyabrında "Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri"ni hesab edir.

Onun fikrincə, iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafının sübutuna bu il keçirilən elmi-mədəni tədbirlər xidmət edə bilər. Bunun təsdiqi kimi Türkmənistan Prezidentinin yüksək dövlət vəzifəsinə inauqurasiyasının dördilliyi münasibətilə və Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə 2011-ci il fevralın 14-də qeyd edilən dövlət bayrağı günü və diplomatik nümayəndəliklərin rəhbərlərinin, eləcə də ölkələrin müxtəlif siyasi və elm xadimlərinin iştirakı ilə keçirilən siyasi-mədəni tədbirləri göstərmək olar", - səfir qeyd edib.

Diplomatın sözlərinə görə, daha bir neçə nümunə Bakı Dövlət Universitetində böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illik yubileyinə həsr edilən konfrans; M.F.Axundov adına Milli Kitabxanada bu böyük şairin Azərbaycan dilinə tərcümə edilən kitablarının təqdimatı; Türkmənistan səfirliyi və Azərbaycan Təhsil Nazirliyinin Qurtuluş, Həmrəylik günləri və bütün bəşəriyyətin böyük nümayəndələrindən biri - Məhtumqulunun poeziyasının qeyd edilməsi çərçivəsində Qafqaz Universitetində birgə keçirdikləri elmi-mədəni tədbir; türkmən klassik və şairlərinin Azərbaycan dilinə tərcümə edilən çoxlu kitabları, eləcə də Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun "Axaltəkili - bizim iftixar və şərəfimiz" kitabının Azərbaycan dilinə tərcümə edilməsidir. Bu kitabın təqdimatı cari ilin aprel ayında Aşqabad şəhərində Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin iştirakı ilə türkmən atı gününün bayram edilməsi çərçivəsində keçirilib.

Komekovun sözlərinə görə, heç şübhəsiz ki, belə tədbirlər eyni tarixi və mədəni köklərə, dil və çoxəsrlik milli irsə malik iki ölkənin xalqlarını yaxınlaşdırır.

Tərəfdaşlığın gücləndirilməsi üzrə mühüm mexanizm kimi Türkmənistan səfiri iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılmasını və 2010-cu ilin noyabrında Bakıda keçirilən hökumətlərarası komissiyanın ikinci iclasının yüksək səmərəliliyini hesab edir.

"Milli iqtisadiyyatların strukturlarının yanacaq energetika kompleksinin lider mövqeləri ilə oxşarlığı Türkmənistan-Azərbaycan əməkdaşlığının mühüm amilidir", - diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti