...

İranın xarici işlər naziri Avropa turnesinə çıxıb

Siyasət Materials 11 İyul 2011 14:02 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar ertəsi birgünlük rəsmi səfərlə Sloveniyaya yola düşüb.
İranın xarici işlər naziri Avropa turnesinə çıxıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar ertəsi birgünlük rəsmi səfərlə Sloveniyaya yola düşüb. Trend-in məlumatına görə, bu barədə "Isna" informasiya agentliyi xəbər verir.

Salehi Tehran və Lyublyana arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

O, sloveniyalı həmkarı Samuel Jboqarla görüşməyi planlaşdırır.

Səfər zamanı xarici işlər naziri İranın Lyublyanadakı səfirliyinin açılışında iştirak edəcək.

Sloveniyaya səfərindən sonra Salehi rəsmi səfərlə Vyanaya yola düşəcək. Səfər onun avstiyalı həmkarı Mixail Şpindeleggerin dəvəti ilə həyata keçirilir.

Vyanada Salehi Şpindelegger və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti