...

İlham Əliyev Dmitri Medvedevə başsağlığı məktubu göndərib

Siyasət Materials 11 İyul 2011 14:31 (UTC +04:00)
İlham Əliyev Dmitri Medvedevə "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərib.
İlham Əliyev Dmitri Medvedevə başsağlığı məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevə "Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti