...

Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 İyul 2011 15:37 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanın Dostları Qrupunun sədr müavini Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanın Dostları Qrupunun sədr müavini Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qonaqları salamlayan nazir Məmmədyarov Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib.

Müvəffəqiyyətlə irəliləyən Britaniya-Azərbaycan münasibətləri və Britaniya şirkətlərinin Azərbaycandakı aktiv fəaliyyəti barədə qonaqlara danışan nazir Britaniya ilə əməkdaşlığın təkcə neft yox, həmçinin qeyri-neft sahəsində də inkişaf etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini vurğulayıb. XİN rəhbərik münaqişənin həllinin uzanmasının regiondakı gələcək inkişafı proqnozlaşdırmağa imkan vermədiyini qeyd edib.

Azərbaycanda olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti