...

Rəsmi Bakı Serj Sarkisyanın təcavüzkarlığa təhrik edən bəyanatının beynəlxalq aləm tərəfindən qiymətləndirilməməsindən təəssüflənir

Siyasət Materials 28 İyul 2011 16:06 (UTC +04:00)
Artıq Ermənistan rəhbərliyi öz çirkin, qeyri-qanuni əməl və niyyətlərini heç bir diplomatik ritorika ilə də pərdələmək istəmir və bu bəyanatla öz əsl mənəviyyatsız simasını üzə çıxarır.
Rəsmi Bakı Serj Sarkisyanın təcavüzkarlığa təhrik edən bəyanatının beynəlxalq aləm tərəfindən qiymətləndirilməməsindən təəssüflənir

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Ağayeva/

Artıq Ermənistan rəhbərliyi öz çirkin, qeyri-qanuni əməl və niyyətlərini heç bir diplomatik ritorika ilə də pərdələmək istəmir və bu bəyanatla öz əsl mənəviyyatsız simasını üzə çıxarır. Bunu cümə axşamı Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" bəyanatına münasibət bildirərkən XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

"Əfsuslar olsun ki, Serj Sarkisyanın belə bir təcavüzkar və növbəti işğallara təhrik edən bəyanatı beynəlxalq aləm tərəfindən qiymətləndirilməyib və heç bir reaksiya verilməyib", - Poluxov əlavə edib.

Onun sözlərinə görə, görünür ki, beynəlxalq ictimaiyyətin işğalçı dövlətin rəhbəri olan Sarkisyanın belə bir çıxışından yan keçməsi Sarkisyanın cəzalandırılmamış qalacağına inanmağa əsas yaradır.

"Bu gün Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün danışıq masası arxasında oturan Ermənistanın dövlət başçısının bir təcavüzün nəticələrinin aradan qaldırmadan öz ölkəsinin gənclərini yeni təcavüzlərə sövq edən açıq çağırışları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən həm həmsədr ölkələrin səylərini heçə endirməsi, həm də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyidir. Beynəlxalq aləm əsas tutduğu ümumbəşəri prinsiplərə qarşı belə bir hörmətsizliyə göz yummaq mövqeyi tutursa, onda onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərin Serj Sarkisyana nə dərəcə təsirli olacağını şübhə altına alır", - XİN-in mətbuat katibi deyib.

Poluxov deyib ki, Sarkisyanın belə bir bəyanatından dərhal sonrakı gün erməni snayperinin açdığı atəş nəticəsində Qazax rayonunun Məzəm kəndində 24 yaşlı Poladova Rahibə Firudin qızının yaralanması artıq Serj Sarkisyanın növbəti işğallara verdiyi tövsiyələrin və bunun üçün hətta mülki əhalinin, o cümlədən azyaşlı uşaq və qadınlara qarşı amansızlıqlara verilən xeyir-duasının nəticəsidir.

Xəbər lenti

Xəbər lenti